EN

Sərxan Rəqsanəyə qarğış elədi: “Ondan da pis günə qalsın” – VİDEO

“Mən onun övladını qaldırırdım. O isə övladını itələyir, özünü verir qabağa. Onun getdiyi bəyi, atasını tanıyıram, yaxşı kişidir. Amma o bəyə güvənmirəm. Çıxıb efirdə şər atır ki, Sərxan deyir, qızının toyu saxtadır. Onun üçün bu gün arzum budur: ondan da pis günə qalsın”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri aparıcı Sərxan Kərəmoğlu qonaq olduğu “Tarixin bir günü” verilişində müğənni Rəqsanə İsmayılova haqqında danışarkən deyib.

Sərxan müğəninin ona şər atmaqda və haqqına tapdalamaqda ittiham edib.

“Mənim haqqıma girir, mənə şər atır. Mən qarğış etmirəm. Adamı məcbur edirlər. Bundan sonra məni Allahdan, Peyğəmbərdən sonra görsün, yenə də fikrim dəyişməz. Məni əsəbləşdirməyin.

Deyir ki, filan toya gedirdim, Sərxana görə imtina etdim. Həmin adamların pulunu alıb, hələ də qaytarmır. 150 min rubl biletpulu almışdı, iki gün əvvəl mənə zəng etmişdilər ki, vermir pulu. Toy sahiblərinə deyib ki, Sərxanı toydan çıxardın gəlim. Onlar da çıxartmadı. Musiqiçilərə də deyib ki, toya getməyin. Mən gecə ilə Bakıdan Xatunu toya gətizdirdim”.

Qeyd edək ki, Rəqsanə ilə Sərxan arasındakı qalmaqala səbəb aparıcının onun qızı haqqında dediyi “Bu evliliyə inanmadım. Aysunun yanındakı bəyə inanmadım. Bilmirəm kim kimin oyununa gəlib, amma başdan ayağa oyun idi. Bu oyuna inanan da axmaq idi. Aysun bir ad xatirinə evlənmiş olsaydı, davam edərdi, uşaq dünyaya gətirərdi və ayrılardı. Aysunda biclik yoxdur” sözlər olub.

Ətraflı videoda:

yenilik.az

Chosen
22
3
nocomment.az

4Sources