EN

Milan a keçidi baş tutmayan Mateta əməliyyatdan imtina etdi

ain.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Milan"a keçidi baş tutmayan Mateta əməliyyatdan imtina etdi

İngiltərənin "Kristal Palas" klubunun baş məşqçisi Oliver Qlasner komandanın aparıcı hücumçusu Jan-Filip Matetanın durumu barədə açıqlama verib.

QOL.az xəbər verir ki, "Evening Standard" nəşrinin məlumatına görə, qış transfer pəncərəsində dizindəki problemlər səbəbindən İtaliya "Milan"ına keçidi baş tutmayan 28 yaşlı futbolçu əməliyyat olunmayacaq.

Həkimlərlə aparılan məsləhətləşmələrdən sonra fransalı forvardın konservativ yolla müalicə olunmasına qərar verilib.

Baş məşqçi bu barədə açıqlamasında zədənin o qədər də ciddi olmadığını deyib:

"Xoşbəxtlikdən, onun əməliyyata ehtiyacı yoxdur. Zədə qorxduğumuz qədər ciddi deyil. Bir neçə mütəxəssisin rəyinə əsasən, dizi nəzarətdə saxlamaq cərrahi müdaxilədən daha yaxşı variantdır. Mateta bir müddət, bəlkə 2, bəlkə 3 və ya 4 həftə oynamayacaq. Amma əsas odur ki, tezliklə aramıza dönəcək".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
7
1
qol.az

2Sources