Ajans.az xəbər verir ki, məlumatı "Mehr" agentliyi yayıb. Bildirilib ki, ali rəhbər məhkəmə hakimiyyətinin başçısının ümumi və inqilab məhkəmələri, silahlı qüvvələrin məhkəmə orqanları və dövlət cəzaçəkmə müəssisələri tərəfindən məhkum edilmiş 2 min 108 şəxsin əfv olunması və ya cəzalarının yüngülləşdirilməsi barədə xahişini təmin edib. Məlumata görə, Qulamrza Möhsün-Ejei Şəban ayı və İslam İnqilabının qələbəsinin 47-ci ildönümü münasibətilə ayətullah Xameneiyə ünvanladığı məktubda həmin məhkumların əfv olunmasını və ya cəzalarının yüngülləşdirilməsini xahiş etmişdi.