AZ

Xamenei 2108 məhkumu əfv etdi

Ajans.az xəbər verir ki, məlumatı "Mehr" agentliyi yayıb. Bildirilib ki, ali rəhbər məhkəmə hakimiyyətinin başçısının ümumi və inqilab məhkəmələri, silahlı qüvvələrin məhkəmə orqanları və dövlət cəzaçəkmə müəssisələri tərəfindən məhkum edilmiş 2 min 108 şəxsin əfv olunması və ya cəzalarının yüngülləşdirilməsi barədə xahişini təmin edib.

Məlumata görə, Qulamrza Möhsün-Ejei Şəban ayı və İslam İnqilabının qələbəsinin 47-ci ildönümü münasibətilə ayətullah Xameneiyə ünvanladığı məktubda həmin məhkumların əfv olunmasını və ya cəzalarının yüngülləşdirilməsini xahiş etmişdi.

Seçilən
11
3
Ajans.az

4Mənbələr