EN

Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib

Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsinin rəisi Mirzə Mirzəyev vəzifəsindən azad edilib.

Editor.az  APA-ya istinadən xəbər verir ki, o, 2024-cü ilin aprel ayından bu vəzifədə çalışıb.

Qeyd edək ki, M.Mirzəyev Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini vəzifəsinə təyin olunub.

Chosen
32
9
editor.az

10Sources