ABŞ-in Arizona ştatında yaşayan 31 yaşlı Jaklin Kler Ades tanışlıq saytında tanış olduğu kişini uzun müddət təqib etdiyi üçün saxlanılıb. Məlumata görə, qadın cəmi bir görüşdən sonra həmin şəxsə 159 mindən çox mesaj göndərib və bir çoxu təhdid xarakteri daşıyıb.
Milli.Az xəbər verir ki, hüquq-mühafizə orqanları bu hadisəni son illərin ən ağır təqib nümunələrindən biri kimi qiymətləndirir. Polis sənədlərində Adesin kişinin evinə icazəsiz daxil olduğu, özünü onun həyat yoldaşı kimi təqdim etdiyi və müxtəlif vaxtlarda onu narahat etməyə davam etdiyi qeyd olunur.
İddialara əsasən, qadının göndərdiyi mesajların məzmunu zamanla daha aqressiv və təhlükəli hal alıb. Hazırda Adesə qarşı təqib və qanunsuz daxilolma maddələri üzrə araşdırma aparılır.
Asya
Milli.Az