EN

Yağıntılar nə vaxt kəsiləcək?

Fevralın 11-i axşamdan yağıntılar tədricən kəsiləcək. Fevralın 12-də Bakıda, Abşeronda və bölgələrdə hava şəraiti mülayimləşəcək, əksər yerlərdə yağıntı gözlənilmir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

O bildirib ki, sabah gündüz Bakıda və Abşeron yarımadasında fasilələrlə yağıntılı hava şəraiti müşahidə ediləcək:

Hazırda ölkə ərazisində yağış və qar müşahidə olunur, dağlıq rayonlarda yollar buz bağlaya bilər. Güclü şimal-qərb küləyi cənub-qərb küləyi ilə əvəz olunacaq, Bakıda havanın maksimal temperaturu 2–5 dərəcə isti olacaq.

Qeyd edək ki, hazırda ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Əksər ərazilərə yağış, bəzi bölgələrə isə qar yağır.

Chosen
23
16
nocomment.az

10Sources