EN

“Şamaxı” – “Qarabağ” matçının başlama saatı dəyişdirilib

Bakı, 10 fevral, AZƏRTAC

Misli Premyer Liqasının XIX turu çərçivəsində bu gün keçirilməli olan “Şamaxı” – “Qarabağ” oyununun başlama saatı əlvəreşsiz hava şəraiti səbəbindən dəyişdirilib.

AZƏRTAC xəbər verir ki, qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi saat 14:30-da deyil, 14:50-də start götürəcək.

Qeyd edək ki, hazırda Şamaxı şəhər stadionunun ot örtüyünün qardan təmizlənməsi prosesi davam edir.

Chosen
16
2
azertag.az

3Sources