Bakı, 10 fevral, AZƏRTAC
Misli Premyer Liqasının XIX turu çərçivəsində bu gün keçirilməli olan “Şamaxı”-“Qarabağ” oyununun başlama saatı əlverişsiz hava şəraiti səbəbindən dəyişdirilib.
AZƏRTAC xəbər verir ki, qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi saat 14:30-da deyil, 14:50-də start götürəcək.
Qeyd edək ki, hazırda Şamaxı şəhər stadionunun ot örtüyünün qardan təmizlənməsi prosesi davam edir.