EN

Bu qəsəbəsində 2500 abonentin qazı kəsiləcək

ain.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində 2500 abonentin qaz təchizatında fasilə yaranacaq.

"Azəriqaz" İB Sumqayıt QİS-dən "Unikal"a verilən məlumata görə, fevralın 10-da qəsəbənin Gecəqondu ərazisində yerləşən d159 mm-lik yeraltı qaz xəttində aşkar olunan sızmaların aradan qaldırılması məqsədilə saat 13:00-dan etibarən təmir-bərpa işləri aparılacaq.

İşlərin davam etdiyi müddətdə ərazidəki 2500 abonentin qaz təchizatı dayandırılacaq. Qazın verilişi işlər başa çatdıqdan sonra bərpa ediləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
26
9
unikal.az

10Sources