AZ

Qaz olmayacaq

Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində 2500 abonentin qaz təchizatında fasilə yaranacaq.

 

"Azəriqaz" İB Sumqayıt QİS-dən Pravda.az-a verilən məlumata görə, fevralın 10-da qəsəbənin Gecəqondu ərazisində yerləşən d159 mm-lik yeraltı qaz xəttində aşkar olunan sızmaların aradan qaldırılması məqsədilə saat 13:00-dan etibarən təmir-bərpa işləri aparılacaq.

 

İşlərin davam etdiyi müddətdə ərazidəki 2500 abonentin qaz təchizatı dayandırılacaq. Qazın verilişi işlər başa çatdıqdan sonra bərpa ediləcək.

Tarix: 10 Fevral 2026, 13:26   
Seçilən
23
5
pravda.az

10Mənbələr