Azərbaycan Futzal Federasiyasının (AFF) prezidenti Zaur Axundova qarşı cinayət işi başlanılıb.


Federasiya prezidenti barəsində artıq qərar qəbul edilib.


Bakı Hərbi Məhkəməsinin qərarı ilə Zaur Axundov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.


Hakim təqsirləndirilən şəxsin daimi yaşayış yerinin olması, istintaqdan yayınma ehtimalının real görünməməsi səbəbindən prokurorun təqdimatını təmin edib. ("Qafqazinfo")