Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundova qarşı cinayət işi başlanılıb.
Offsideplus.az xəbər verir ki, onun barəsində artıq qərar qəbul edilib.
Bakı Hərbi Məhkəməsinin qərarı ilə Z. Axundov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Zaur Axundov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə - xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Onun “Araz-Naxçıvan” futbol klubunun rəhbəri olan qardaşı Ramin Axundov isə siqaret qaçaqmalçılığı ilə bağlı aparılan cinayət işi üzrə axtarışdadır.
(qafqazinfo.az)