EN

Qış Olimpiya Oyunları: Azərbaycan idmançısı mübarizəyə başlayır

Baku.ws portalından alınan məlumata görə, ain.az xəbər verir.

İtaliyanın Milan və Kortina-dAmpetso şəhərlərində təşkil olunan XXV Qış Olimpiya Oyunlarında bu gün bir neçə növ üzrə yarışlar keçiriləcək.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, təmsilçilərimizdən Vladimir Litvintsev fiqurlu konkisürmə üzrə qısa proqramla mübarizəyə start verəcək.

Bu növ üzrə yarış Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Bu gün həmçinin dağ xizəyi, biatlon, xizəksürmə, körlinq, fiqurlu konkisürmə, sərbəst üslubda xizəksürmə, hokkey, kirşə, xizək ikinövçülüyü, qısa proqramda sürətli konkisürmə, skeleton, xizəklə tramplindən tullanma üzrə yarışlar keçiriləcək.

Azərbaycanın digər təmsilçisi Anastasiya Papatoma isə ayın 15-də nəhəng slalom, 3 gün sonra slalom növündə qüvvəsini sınayacaq. Yarışlar İtaliyanın məşhur dağ-xizək mərkəzi olan Kortina-dAmpetsoda baş tutacaq.

Qeyd edək ki, XXV Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
25
11
baku.ws

10Sources