EN

ABŞ-da təyyarə avtomobil yoluna məcburi eniş edib, xəsarət alanlar var

ABŞ-ın Corciya ştatının Geyns­vill şəhərində birmühərrikli "Hawker Beechcraft BE-36" tipli təyyarə sıx hərəkətli avtomobil yoluna məcburi eniş edib və bir neçə avtomobilə ziyan dəyib.

APA xəbər verir ki, bu barədə "Fox5" məlumat yayıb.

Pilotun sözlərinə görə, təyyarə Qeyns­villdən qalxdıqdan sonra mühərrik sıradan çıxıb.

O bildirib ki, təlimata uyğun olaraq geri qayıtmağa cəhd edib, lakin aerodroma çata bilməyəcəyini anlayaraq yola enməyə qərar verib.

Məlumata görə, hadisə nəticəsində yüngül xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanları hazırda araşdırmanı davam etdirir və dəyən zərəri qiymətləndirir.

Chosen
54
4
apa.az

7Sources