AZ

ABŞ da təyyarə avtomobil yoluna məcburi eniş edib: xəsarət alanlar var

Apa.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ-ın Corciya ştatının Qeyns­vill şəhərində birmühərrikli "Hawker Beechcraft BE-36" tipli təyyarə sıx hərəkətli avtomobil yoluna məcburi eniş edib və bir neçə avtomobilə ziyan dəyib.APA xəbər verir ki, bu barədə "Fox5" məlumat yayıb.

Pilotun sözlərinə görə, təyyarə Qeyns­villdən qalxdıqdan sonra mühərrik sıradan çıxıb.O bildirib ki, təlimata uyğun olaraq geri qayıtmağa cəhd edib, lakin aerodroma çata bilməyəcəyini anlayaraq yola enməyə qərar verib.

Məlumata görə, hadisə nəticəsində yüngül xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib.Hüquq-mühafizə orqanları hazırda araşdırmanı davam etdirir və dəyən zərəri qiymətləndirir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
2
apa.az

7Mənbələr