EN

ABŞ Konqresinin üzvləri Epşteyn işi ilə bağlı ticarət nazirinin istefasını tələb ediblər

BAKI, 10 fevral. TELEQRAF

ABŞ Konqresində hər iki partiyanı təmsil edən bir neçə qanunverici amerikalı maliyyəçi Ceffri Epşteynlə keçmiş işgüzar əlaqələrinə görə ölkənin ticarət naziri Hovard Latnikin vəzifəsindən getməli olduğunu bəyan edib.

Teleqraf xəbər verir ki, demokrat senator Adam Şiff yazılı bəyanatında xüsusilə vurğulayıb ki, Latnik “Ceffri Epşteynlə əlaqələri barədə yalan danışıb”.

Sənəddə qeyd olunur ki, ABŞ Ədliyyə Nazirliyi tərəfindən daha əvvəl dərc edilmiş və maliyyəçinin işi ilə bağlı materiallar Latnikin Epşteynlə işgüzar əlaqələr saxladığını və uzun illər onunla əlaqədə olduğunu göstərir. Halbuki o, bunu əvvəllər dəfələrlə inkar edib.

Şiff əlavə edib ki, mövcud məlumatlar Latnikin hətta Epşteynin şəxsi adasına səfər etməyi planlaşdırdığını göstərir: “Latnik bizim ticarət nazirimiz olmamalıdır və dərhal istefa verməlidir”.

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri Tomas Massi (Kentukki ştatından respublikaçı) və Robert Qarsiya (Kaliforniya ştatından demokrat), həmçinin digər qanunvericilər də daha əvvəl Latnikin istefa verməli olduğunu bildirmişdilər.

Chosen
59
teleqraf.com

1Sources