EN

Zelenski: “Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı sənədlər hazırdır“

ain.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı sənədlər artıq hazırdır.

Moderator.az xəbər verir ki, bu barədə Prezident Volodimir Zelenski özünün Telegram kanalında məlumat verib .

"Zəmanət sənədləri hazırdır. Təhlükəsizliyə alternativ yoxdur. Sülhə alternativ yoxdur. Dövlətimizi bərpa etməyin alternativi yoxdur. Ukraynanın danışıqlar qrupu hər gün substantiv sənədlər və təkliflər üzərində işləyir. Əsas məsələ odur ki, tərəfdaşlarımız Ukraynada bizimlə eyni hissləri bölüşürlər. Sülh lazımdır və etibarlı təhlükəsizlik zəmanətləri sülhün yeganə real əsasıdır", - deyə Ukrayna lideri vurğulayıb.

Qeyd edək ki, Ukrayna üçün təhlükəsizlik zəmanətləri çoxmillətli qüvvələrin bu ölkəyə göndərilməsini özündə ehtiva edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
26
8
moderator.az

10Sources