EN

Bakıda dəhşətli yanğın: Restorana od vurub, qapıları kilidlədi... - VİDEO

"Şeyx Lounge" restoranında yanğın törədən iki nəfər saxlanılıb.

Ölkə.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov məlumat verib.

Bildirilib ki, qeyd olunan iaşə obyektinin qəsdən yandırılması ilə bağlı polisə məlumat daxil olub. Yanğını törətməkdə şübhəli bilinən iki nəfər müəyyən edilərək saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Chosen
19
3
olke.az

10Sources