"ABŞ Ukraynadakı Avropa müdaxilə qüvvələrinə dəstək verməyəcək".
Qaziler.az-ın məlumatına görə, Rusiya xarici işlər naziri Sergey Lavrov bunu NTV televiziya kanalına verdiyi müsahibədə bildirib.
Bu gün Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransa prezidenti Emmanuel Makron və NATO-nun baş katibi Mark Rütte qoşunlarını Ukraynada yerləşdirdikləri üçün açıq şəkildə fəxr edirlər. Eyni zamanda, Avropa liderləri ABŞ-nin hərbi dəstəyini də bəyan ediblər”, - Lavrov qeyd edib.
"Amerikalılarla bunu necə müzakirə etdiyimizi açıqlamayacağam. Amma biz onlardan bunun doğru olub-olmadığını soruşduq. Şübhəsiz ki, avropalılar və [Ukrayna prezidenti] Volodimir Zelenski üçün cavab müsbət olmayacaq", - deyə Lavrov bildirib.
QAZİLER.AZ