AZ

Lavrov: ABŞ Ukraynaya müdaxilə edən Avropa qüvvələrini dəstəkləməyəcək

BAKI, 9 fevral. TELEQRAF

ABŞ Ukraynaya göndərilməsi planlaşdırılan Avropa qüvvələrinə dəstək verməyəcək.

Teleqraf xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov NTV-yə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, bu gün Böyük Britaniyanın Baş naziri Keyr Starmer, Fransa Prezidenti Emmanuel Makron və NATO-nun baş katibi Mark Rutte Ukraynada qoşunlarının yerləşdirilməsindən fəxrlə danışırlar və ABŞ-dən hərbi dəstək aldıqlarını bəyan edirlər .

“Hazırda amerikalılarla bunu necə müzakirə etdiyimizə toxunmayacağam. Amma biz onlardan bunun doğru olub-olmadığını soruşduq. Şübhəsiz ki, avropalılar və Ukrayna prezidenti Zelenski üçün cavab müsbət olmayacaq”, - deyə Lavrov bildirib.

Fevralın 3-də Rutte sülh müqaviləsi bağlandıqdan sonra Ukraynaya xarici qoşunların yerləşdiriləcəyini deyib. Rusiya Xarici İşlər Nazirliyi bu addımın Moskva üçün qəbuledilməz olduğunu bəyan edib.

Seçilən
62
50
teleqraf.com

10Mənbələr