EN

Hüriyyət TV və Hüriyyət qəzetinin baş redaktoru barəsində seçilmiş həbs qətimkan müddəti uzadılıb

ain.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Hüriyyət TV" və "Hüriyyət" qəzetinin baş redaktoru Vüqar Məmmədov barəsində seçilmiş həbs qətimkan müddəti uzadılıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin müstəntiqin təqdimatına Səbail Rayon Məhkəməsində baxılıb.

Məhkəmə təqdimatı təmin edib və V. Məmmədov barəsində həbs qətimkan tədbirinin müddəti 4 ay uzadılıb.

Qeyd edək ki, Vüqar Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
21
5
baku.ws

7Sources