"Hüriyyət TV" və "Hüriyyət" qəzetinin baş redaktoru Vüqar Məmmədov barəsində seçilmiş həbs qətimkan müddəti uzadılıb.
Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin müstəntiqin təqdimatına Səbail Rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqdimatı təmin edib və V. Məmmədov barəsində həbs qətimkan tədbirinin müddəti 4 ay uzadılıb.
Qeyd edək ki, Vüqar Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.