"Neftçi" Misli Premyer Liqasının XIX turunda qarşılaşacağı "Qəbələ" ilə matçın hazırlığını yekunlaşdırıb.
Klubdan Bakıvaxtı.az-a verilən məlumata görə, futbolçulardan İqor Ribeyro və Freddi Varqas cəzalı olduqları üçün bu görüşü buraxacaqlar.
"Ağ-qaralar" bu gün "Palms Sports" Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.
Qeyd edək ki, fevralın 10-da "Palms Sports Arena"da keçiriləcək "Neftçi" – "Qəbələ" matçı saat 19:00-da başlanacaq.