"Neftçi" Misli Premyer Liqasının 19-cu turunda qarşılaşacağı "Qəbələ" ilə matçın hazırlığını yekunlaşdırıb.


Rekord.az xəbər verir ki, futbolçulardan İqor Ribeyro və Freddi Varqas cəzalı olduqları üçün bu görüşü buraxacaqlar.


"Ağ-qaralar" bu gün "Palms Sports" Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.


Fevralın 10-da "Palms Sports Arena"da keçiriləcək "Neftçi" – "Qəbələ" matçı saat 19:00-da başlanacaq.