EN

Abşeron Milli Parkının yaranmasının 21 ci ildönümü münasibətilə tədbir təşkil olunub

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 9 fevral, AZƏRTAC

Abşeron Milli Parkının yaranmasının 21-ci ildönümü münasibətilə “21 il təbiətə sevgi, biomüxtəlifliyə qayğı ilə” devizi altında milli parkda maarifləndirici tədbir təşkil olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakı Oksford Məktəbinin şagirdlərinin iştirak etdiyi tədbirdə ornitoloq-ekspert Abidin Abbasov “Texnoloji proseslərin ətraf mühitə təsiri və ornitofaunanın miqrasiya mövsümünün qiymətləndirilməsi” mövzusunda çıxış edib.

Görüş çərçivəsində Azərbaycanda ornitofaunanın miqrasiya xüsusiyyətləri və ölkəmizin xüsusi mühafizə olunan təbiət əraziləri barədə məlumat verilib.

Tədbir Abşeron Milli Parkının ərazisində təşkil olunan sərgi ilə tanışlıq və quşların müşahidəsi ilə yekunlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
8
3
azertag.az

4Sources