Qanvermə prosesindən öncə hər bir donorun sağlamlıq vəziyyəti peşəkar həkim-hematoloqlar tərəfindən diqqətlə yoxlanılıb, zəruri tibbi müayinələr aparıldıqdan sonra qan götürülüb. Toplanan qan ehtiyatları laborator müayinələrdən keçirildikdən sonra talassemiya xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsində istifadə olunacaq.
“Bazarstore” rəhbərliyi bu kimi humanitar təşəbbüslərin cəmiyyət üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, gələcəkdə də sağlamlığın qorunması və ehtiyacı olan şəxslərə dəstək yönümlü sosial layihələrin davam etdiriləcəyini bildirib.
