“Türkiyənin "Eczacıbaşı Holding"inin İdarə Heyətinin sədri Bülent Eczacıbaşı ilə görüşdə ölkələrimizin biznes sahəsində əməkdaşlığı, xarici investorlar üçün əlverişli biznes şərtləri və şirkətin səhiyyə, sənaye, maliyyə, informasiya texnologiyaları və digər sahələrdə Azərbaycanda potensial fəaliyyəti barədə fikirlərimizi bölüşdük”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.