Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycanın Xalq artisti Elza İbrahimovanın xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. Qusar şəhər Uşaq İncəsənət Məktəbinə Azərbaycanın Xalq artisti Elza İbrahimovanın adı verilsin. 2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Qusar Rayon İcra Hakimiyyəti bu Qərardan irəli gələn məsələləri həll etsinlər.