AZ

Bu məktəbə Elza İbrahimovanın adı verildi – QƏRAR

Baş nazir Əli Əsədov “Qusar şəhər Uşaq İncəsənət Məktəbinə Azərbaycanın Xalq artisti Elza İbrahimovanın adının verilməsi haqqında” Qərar imzalayıb.

Bizim.Media xəbər verir ki, Qərara əsasən Qusar şəhər Uşaq İncəsənət Məktəbinə Azərbaycanın Xalq artisti Elza İbrahimovanın adı verilib.

Mədəniyyət Nazirliyinə və Qusar Rayon İcra Hakimiyyətinə bu Qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bizim.Media

Seçilən
28
3
bizim.media

10Mənbələr