EN

Avropa uşaqlar üçün sosial media tənzimləmələrini sürətləndirir

Avropa uşaqlar üçün sosial media tənzimləmələrini sürətləndirir

Avropa İttifaqı (Aİ) və üzv ölkələr internet mühitində nəzarətsiz vaxt keçirilməsi səbəbindən uşaq və gənclər üçün sosial media məhdudiyyətləri gətirmək istiqamətində fəaliyyətlərini gücləndiriblər.

İspaniya Baş naziri Pedro Sançesin 16 yaşından kiçik uşaqların sosial şəbəkələrə girişinə qadağa qoyacaqlarını açıqlamasından sonra, Avropada bu istiqamətdə atılan addımlar yenidən gündəmə gəlib. Rəqəmsal mühitdə keçirilən vaxtın artması ilə yanaşı, onlayn platformalarda qavrayış manipulyasiyası, dezenformasiya və nifrət nitqi kimi mənfi hallarla ən həssas qrup olan uşaqlar qarşılaşır.

Avropa Parlamentindən 16 yaş həddi çağırışı

Avropa Parlamenti (AP) deputatları ittifaq ərazisində uşaqların sosial mediaya girişi üçün 16 yaş həddinin tətbiq edilməsini nəzərdə tutan hesabatı qəbul ediblər. Tövsiyə xarakterli hesabatda 13–16 yaşlı uşaqların platformalara yalnız valideyn icazəsi ilə daxil olması və şirkətlərin manipulyativ strategiyalardan imtina etməsi tələb olunur.

Aİ ölkələrində mövcud vəziyyət

Bir çox Avropa ölkəsi artıq konkret addımlar atmağa başlayıb:

* Yunanıstan: 15 yaşından kiçiklər üçün "Kids Wallet" tətbiqi qüvvədədir.Danimarka: 13 yaşından kiçiklərə qadağa, 15 yaşadək valideyn icazəsi tətbiq olunur.Fransa: 15 yaşdan kiçiklərə qadağa qoyan qanun sentyabrda qüvvəyə minəcək.Belçika: Məktəblərdə mobil telefon istifadəsi artıq tam qadağan edilib.

Sançes ilə Texno-oliqarxlar arasında "Vəhşi Qərb" mübahisəsi

İspaniya Baş naziri Sançes sosial medianı "Vəhşi Qərb"ə bənzədərək, alqoritmlərin manipulyasiyasına qarşı ciddi cinayət məsuliyyətinin tətbiq olunacağını bildirib. Bu açıqlamalara "X"in sahibi İlon Mask və "Telegram"ın qurucusu Pavel Durov sərt reaksiya veriblər.

Mask Sançesi "totalitar faşist" adlandırsa da, Baş nazir onlara "Texno-oliqarxlar hürsünlər. Bu, bizim doğru yolda olduğumuzun göstəricisidir" deyə cavab verib.

Daha güclü tənzimləmə ehtiyacı

AP deputatı Barri Endryus bildirib ki, Aİ Rəqəmsal Xidmətlər Aktını (DSA) daha qətiyyətlə tətbiq etməli və ABŞ-dan gələn təzyiqlərə müqavimət göstərməlidir. O, bu il tətbiq ediləcək "Rəqəmsal Pulqabı" (Digital Wallet) sistemi ilə onlayn mühitdə yaşın dəqiq yoxlanılacağını vurğulayıb.

Chosen
144
42
afn.az

10Sources