Kartofun daha ətirli, yumşaq alınması üçün sadə, amma az bilinən üsul açıqlanıb.
Pravda.az bildirir ki, mütəxəssislər kartofu bişirməzdən əvvəl suya sarımsaq qabıqları əlavə etməyi tövsiyə edirlər.
Sarımsaq qabıqları qaynar suda öz təbii aromalı yağlarını buraxaraq kartofun dadını zənginləşdirir. Nəticədə kartof nə yağ, nə də əlavə ədviyyat olmadan daha ləzzətli olur. Kartof bişdikdən sonra sarımsaq qabıqları sudan çıxarılaraq atılır.
Bu üsul mətbəxdə kartof bişirənlər üçün yeni alternativ hesab olunur.
Əminə Bayramova
Tarix: 9 Fevral 2026, 15:00