EN

Qusarda “Ay İşığı” restoranında normativ tələblər pozulub

Qusar şəhəri, Quba-Qusar yolunda fəaliyyət göstərən, fiziki şəxs Tağıyeva Romelya Akif qızına məxsus “Ay İşığı” restoranında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı texniki normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, restoranda müşayiətedici sənədləri olmayan müxtəlif növ qida məhsulları və yararlılıq müddəti bitmiş alkoqolsuz içkilər aşkarlanıb.

Həmçinin mal qonşuluğu prinsipinə əməl olunmur, temperaturun monitorinqi və qeydiyyatı aparılmır, havalandırma sistemi quraşdırılmayıb, işçilər ilkin və dövri tibbi müayinədən keçməyib və digər nöqsanlar müəyyən edilib.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, ictimai iaşə müəssisəsində işlərin görülməsinin, xidmətlərin göstərilməsinin dayandırılması, istehlaka yararsız məhsulların satışının qadağan edilməsi barədə məhdudlaşdırıcı qərar qəbul edilib.

Chosen
12
13
cebheinfo.az

10Sources