Bakı. Trend:
Qusar şəhəri, Quba-Qusar yolunda fəaliyyət göstərən, fiziki şəxsTağıyeva Romelya Akif qızına məxsus “Ay İşığı” restoranında QidaTəhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilənyoxlama zamanı texniki normativ hüquqi aktların tələblərininpozulduğu məlum olub.
Trend xəbərverir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilir ki, restoranda müşayiətedici sənədləri olmayanmüxtəlif növ qida məhsulları və yararlılıq müddəti bitmişalkoqolsuz içkilər aşkarlanıb. Həmçinin mal qonşuluğu prinsipinəəməl olunmur, temperaturun monitorinqi və qeydiyyatı aparılmır,havalandırma sistemi quraşdırılmayıb, işçilər ilkin və dövri tibbimüayinədən keçməyib və digər nöqsanlar müəyyən edilib.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib,ictimai iaşə müəssisəsində işlərin görülməsinin, xidmətləringöstərilməsinin dayandırılması, istehlaka yararsız məhsullarınsatışının qadağan edilməsi barədə məhdudlaşdırıcı qərar qəbuledilib.