EN

Şəmkirdə qəza: TƏBİB xəsarət alan şəxslərin vəziyyətini açıqladı

Şəmkir rayonu ərazisində ötən gün baş verən avtomobil qəzası nəticəsində xəsarət alanlardan ikisinin vəziyyəti orta ağırdır.

"Yeni Sabah" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Fevralın 8-də saat 16:30 radələrində Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət almış 3 kişi Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Hazırda 1993 və 1994-cü il təvəllüdlü şəxslərin müalicələri Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir. 1997-ci il təvəllüdlü şəxs isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Xatırladaq ki, hadisə rayonun Sabirkənd kəndi ərazisində qeydə alınıb.

1993-cü il təvəllüdlü Zəngilan rayon sakini Sücəddin Şükürlünün idarə etdiyi "Tofaş" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında olan ağaca çırpılıb.

Hadisə zamanı 1988-ci il təvəllüdlü Altun Mustafayev sərnişin, İsmayıllı rayon sakini dünyasını dəyişib.

Sərnişinlər - 1994-cü il təvəllüdlü Quba rayon sakini Samir Qurbanov və 1997-ci il təvəllüdlü Şamaxı rayon sakini Namiq Əsgərov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.


Telegram kanalımız
Chosen
7
1
yenisabah.az

10Sources