EN

Bakıda türk binesmenlə bir qrup şəxs arasında insident - VİDEO

Dünən səhər saatlarında Bakıda tikinti şirkətlərindən birinin ərazisində insident olub.

Bakıvaxtı.az xəbər verir ki, Nərimanov rayonu ərazisində “Okuklu Holding”in rəhbəri Yılmaz Okuklu ilə bir qrup şəxs arasında dava-dalaş olub. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Yılmaz Okuklu hadisə vaxtı sosial şəbəkədə canlı yayım açıb. O bildirib ki, bir neçə nəfər onu təkləyərək hücum edib. İnsidentin biznes mübahisəsi zəminində baş verdiyi iddia edilir.

DİN-in Mətbuat xidmətinədən Qafqazinfo-nun sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı araşdırma aparılır: “Fevralın 8-də səhər saatlarında paytaxtın Nərimanov rayonunda tikinti şirkətinin nümayəndələri ilə orada məskunlaşmış bir neçə sakin arasında insidentin olması barədə polisə məlumat daxil olub.

Əraziyə yaxınlaşan polis əməkdaşları tərəfindən insidentin qarşısı alınıb. Hazırda araşdırmalar davam etdirilir”.

Chosen
46
6
bakivaxti.az

10Sources