Dünən səhər saatlarında Bakıda tikinti şirkətlərindən birinin ərazisində insident olub.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Nərimanov rayonu ərazisində “Okuklu Holding”in rəhbəri Yılmaz Okuklu ilə bir qrup şəxs arasında dava-dalaş olub. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Yılmaz Okuklu hadisə vaxtı sosial şəbəkədə canlı yayım açıb. O bildirib ki, bir neçə nəfər onu təkləyərək hücum edib. İnsidentin biznes mübahisəsi zəminində baş verdiyi iddia edilir.
DİN-in Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, faktla bağlı araşdırma aparılır: “Fevralın 8-də səhər saatlarında paytaxtın Nərimanov rayonunda tikinti şirkətinin nümayəndələri ilə orada məskunlaşmış bir neçə sakin arasında insidentin olması barədə polisə məlumat daxil olub.