EN

Qazancı artdı, “Qarabağ”da qaldı – Bir milyon manata yaxın…

“Qarabağ” Elvin Cəfərquliyevi komandada saxlamaq üçün hərəkətə keçib.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Ağdam təmsilçisi bir neçə klubdan  təklifi olan futbolçunu buraxmaq niyyətində deyil. Qurban Qurbanovun komandada qalmasını istədiyi oyunçuya yüksək maaşla yeni sözləşmə önərilib.

Belə ki, “Qarabağ” rəhbərliyi millimizin üzvünə illik 400 min dollar (680 min manat) əmək haqqı ilə sözləşmə təklif edib. Bunun ardından, müdafiəçi Avropa klublarından gələn təklifləri kənara atıb.

Onun yüksək ehtimalla “Qarabağ”da qalacağı gözlənilir.

Xatırladaq ki, 25 yaşlı müdafiəçinin klubu ilə müqaviləsi bu ilin yayında bitir. O, cari mövsüm “Qarabağ” forması ilə bütün turnirlərdə 30 oyunda meydana çıxıb və 4 assist edib.

Chosen
62
6
idmanxeber.az

7Sources