EN

"Real"ın əvəzedilməz futbolçusunun sirli sevgilisi

“Real”ın bu mövsüm əvəzedilməz futbolçularından biri də Orelien Tçuamenidir. La Liqada cəmi üç oyunu buraxıb. Onlardan ikisi zədə səbəbindən olub. Çempionlar Liqasında isə bütün matçlarda iştirak edib. Dayaq yarımmüdafiəçisinin 2026-cı il dünya çempionatına yollanacağına da, demək olar ki, heç bir şübhə yoxdur.

Publika.az xəbər verir ki, hətta onu dünyanın ən yaxşı futbolçusu hesab edən bir nəfər də var. Tanış olun, bu, ftransalı futbolçunun sevgilisi Süzettedir.

Orelien və Süzettin münasibətləri 2024-cü ilin sonlarında, Madriddə küçələrdə gəzən cütlük görüldükdən sonra ictimailəşmişdi. Ümumiyyətlə, onlar münasibətlərini nümayiş etdirməyi sevmirlər. Sosial şəbəkələrdə də sakitlik hökm sürür. Cəmi beş-altı birgə fotoları var.

Süzett barədə demək olar ki, çox az məlumat var. O, amerikalıdır. "İnstaqram" hesabı olduqca sadədir. Cəmi 15 paylaşımı və 34 min izləyicisi var. Başqa informasiya əldə etmək mümkün deyil.

Chosen
28
publika.az

1Sources