EN

"Tam məsuliyyəti müdafiə xəttinin üzərinə atmazdım" - Saşa İliç

"Sumqayıt" Misli premyer-liqasının 19-cu tur matçında "Zirə"yə uduzdu - 2:3.

"Football-plus.az" xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Saşa İliç oyunsonrası mətbuat konfansında jurnalistlərin suallarını cavablandırıb.

- Maraqlı oyun oldu, gözəl qollar gördük. Nəticədə biz uduzduq.

- Eksperimental müdafiə xətti ilə oyuna çıxmışdınız. Bunun məğlubiyyətinizə nə dərəcədə təsiri oldu?
- Vüsal Paşayevi təbrik edirəm, çox yaxşı oynadı. Gələcəkdə klub üçün çox önəmli oyunçu ola biləcək. Hesab etmirəm ki, bu nəticə müdafiədəki dəyişikliklərlə bağlıdı. Rayan Senhadjenin mövqeyini dəyişdik. Çünki standart vəziyyətlərdə bizə lazımi yerlərdə olması üçün edirdik. Müəyyən məqamlarda daha yorğun görünürdü, amma bu da normaldı. Deməzdim ki, müdafə xəttinə görə uduzduq. Buraxdığımız ilk qolu müdafiə xəttinin səhvi kimi saymırıq. İkinci qol isə möhtəşəm cərimə zərbəsi idi. Üçüncü qolda hardasa müdafiə xəttinin səhvi oldu. Amma bu futboldu, ona görə tam məsuliyyəti müdafiə xəttinin üzərinə atmazdım.

- Rüstəm Əhmədzadənin son vaxtlarda ehtiyatda qalması nə ilə bağlıdı? Daha çox sonradan meydana çıxır...
- O, komandamız üçün çox vacib oyunçudu. Rüstəmin zədəsi var idi, ona görə bir həftə məşq edə bilmədi. Formasınıqaytarana qədər, meydana sonradan daxil ola bilir. Təbii ki, bu həftə məşqlərdə baxacağıq. Tam uyğun olsa, onu qarşıdakı həftədən əsas heyətdə meydanda görəcəyik.

- Ehtiyat skamyanız kasaddı. Qarşıda matçlar çoxdu. Bu məqam sizə nə dərəcədə problem yaradacaq?
- Əslində, 2 futbolçumuz da zədəlidi. Onlar da oyuna qoşulsalar, bir az rahat olar. Mövcud oyunçulardan gələcəkdə maksimum istifadə edəcəyik.

- Mövsümün ikinci hissəsində yeganə qələbəniz "Karvan-Yevlax"la görüşdə qeydə alınıb. Bundan əlavə qış toplanışında da rəqiblərə uduzmusuz. Düşünmürsüz ki, qış toplanışı səmərəsiz keçib və komandanın performansında eniş müşahidə olunur? Bunu sırf toplanışla əlaqələndirmək olar ki, bəlkə rəqiblər düzgün seçilməmişdi..
- Toplanışda öz istəyim olub ki, bizdən daha güclü çempionatda oynayan komandalarla oynayaq. Özü də, hazırlıq zamanı oyunların nəticəsi mənim üçün vacib deyil. Hesab etmirəm ki, toplanışımız zəif keçib.

Chosen
37
5
football-plus.az

9Sources