EN

''Fənər''in sabiq baş məşqçisi ''Beşiktaş''ın yeni transferi haqda nə dedi?

''Vulverhempton''un baş məşqçisi Vitor Pereyra ''Beşiktaş''ın yeni transferi Emmanuel Aqbadu ilə bağlı ''TRT Spor'' kanalına açıqlamalar verib.

"Football-plus.az" xəbər verir ki, İstanbul nəhəngi bu qış Aqbadunu məhz ''Vulverhempton''dan 18 milyon avroya transfer edib. Kot d'İvuarlı futbolçu ''qartal'' tarixinin ən bahalı ikinci transferinə çevrilib.

Daha öncə iki fərqli dönəmdə ''Fənərbaxça''nı çalışdıran və Türkiyə futbolunu yaxından tanıyan portuqaliyalı Pereyra bunları deyib:
''Aqbadu yüksək səviyyəli müdafiəçidi. Arxadan oyunu qurmağı çox gözəl bacarır. Həm qısa, həm də uzun ötürmələrlə komandasının hücumunu başlayır. İkili mübarizələrdə güclü və aqressivdi. Üstəlik sürəti də kifayət qədər yaxşıdı. Lider özəllikləri olan və özünə güvənən futbolçudu. Məncə Türkiyə çempionatı üçün çox mühüm transferlərdən biridi''.
Chosen
73
1
football-plus.az

2Sources