EN

Britaniyadan Rusiyaya yeni qadağa

Böyük Britaniya hökuməti 2026-cı ilin sonunda Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) daşıyıcılarına dəniz xidmətlərinin göstərilməsinə qadağa tətbiq edəcək.

NOCOMMENT.az xəbər verir ki, bunu Birləşmiş Krallığın xarici işlər nazirinin müavini Stiven Dauti bildirib.

Onun sözlərinə görə, London artıq Rusiyadan mayeləşdirilmiş təbii qaz daşıyan 16 gəmiyə, həmçinin “Arktik LNG-2” layihəsinə və Çindəki “Beihai LNG terminalı”na qarşı sanksiyalar tətbiq edib.

Dauti həmçinin xatırladıb ki, 2023-cü ildə Böyük Britaniyada Rusiyadan LNG idxalına qadağa qüvvəyə minib. /Ölkə.az/

Chosen
45
8
nocomment.az

9Sources