ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Böyük Britaniya hökuməti 2026-cı ilin sonunda Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) daşıyıcılarına dəniz xidmətlərinin göstərilməsinə qadağa tətbiq edəcək.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Birləşmiş Krallığın xarici işlər nazirinin müavini Stiven Dauti bildirib.
Onun sözlərinə görə, London artıq Rusiyadan mayeləşdirilmiş təbii qaz daşıyan 16 gəmiyə, həmçinin "Arktik LNG-2" layihəsinə və Çindəki "Beihai LNG terminalı"na qarşı sanksiyalar tətbiq edib.
Dauti həmçinin xatırladıb ki, 2023-cü ildə Böyük Britaniyada Rusiyadan LNG idxalına qadağa qüvvəyə minib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.