EN

Türkiyə Superliqası: “Qalatasaray” səfərdə 3 xalı 3 qolla qazandı

Türkiyə Superliqasının 21-ci turunda "Qalatasaray" səfərdə "Rizespor"la qarşılaşıb.

"Yeni Sabah" xəbər verir ki, "cim-bom" səfərdə asan qələbə qazanıb - 3:0.

"Qalatasaray"ın qollarını 19-cu dəqiqədə Barış Alper Yılmaz, 62-ci dəqiqədə Yunus Akgün və 73-cü dəqiqədə Viktor Osimhen vurublar.

Bu oyundan sonra "Qalatasaray" 52 xalla liderliyini qoruyur. "Rizespor" isə 20 xalla 13-cü yerdədir.


Telegram kanalımız
Chosen
31
5
yenisabah.az

8Sources