AZ

"Qalatasaray" səfərdə "Rizespor"u məğlub etdi - Türkiyə Superliqası

Türkiyə Superliqasının 21-ci turunda "Qalatasaray" səfərdə "Rizespor"la qarşılaşıb.

Redaktor.az xəbər verir ki, "sarı-qırmızılar" rəqibini 0:3 hesabı ilə məğlub ediblər.

Görüşdə qolları 19-cu dəqiqədə Barış Alper Yılmaz, 62-ci dəqiqədə Yunus Akgün və 73-cü dəqiqədə Viktor Osimhen vurublar.

Bu oyundan sonra "Qalatasaray" 52 xalla liderliyini qoruyur. "Rizespor" isə 20 xalla 13-cü yerdədir.

Seçilən
46
6
redaktor.az

8Mənbələr