EN

"Mançester Yunayted" "Yuventus"un futbolçusunu istəyir

Bakı. Trend:

“Mançester Yunayted” İtaliya millisinin və “Yuventus”unyarımmüdafiəçisi Manuel Lokatelli ilə maraqlanır.

Trend“Calciomercato”ya istinadən xəbər verir ki, Turin klubu aparıcıfutbolçusunu “qırmızı şeytanlar"a istədikləri təklifi edə biləcəyitəqdirdə buraxacaq.

Lokatelli bu mövsüm bütün turnirlərdə 31 oyunda meydana çıxıb,bir qol vurub və bir məhsuldar ötürmə edib.

Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir.

"Transfermarkt" portalındakı məlumata görə, onun bazar dəyəri 25milyon avrodur.

Chosen
51
2
az.trend.az

3Sources