Bu gün Yaponiyada növbədənkənar parlament seçkiləri keçirilir.
Moderator.az xəbər verir ki, parlament seçkilərində Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi hakim koalisiyanın 465 yerdən 300-nü qazanacağı proqnozlaşdırılır.
Hakim koalisiyaya Liberal-Demokrat Partiyasının (LDP) və Yaponiyanın Yenilənməsi Cəmiyyəti daxildir.
Yeni mərkəzçi alyansın yaradılmasına və ultra-sağ qüvvələrin reytinqinin artmasına baxmayaraq, yapon müxalifəti hələ də çox parçalanmış vəziyyətdədir və parlament seçkilərində uğur qazanacaqları gözlənilmir.