EN

Çinin şimalında zavodda partlayış: 8 nəfər ölüb

BAKI, 8 fevral. TELEQRAF

Çinin şimalında yerləşən Şansi əyalətində müəssisədə baş verən partlayış nəticəsində səkkiz nəfər ölüb.

Teleqraf xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.

Bildirilib ki, hadisə Şansi əyalətinin Şoçjou şəhərinin Şanyin qəzasında fəaliyyət göstərən "Jiapeng" biotexnologiya şirkətinə məxsus zavodun sexlərindən birində baş verib. Partlayışın səbəbləri hələlik açıqlanmayıb.

Məlumata görə, insidentlə əlaqədar şirkətin rəsmi nümayəndəsi saxlanılıb. Hadisənin təfərrüatlarını araşdırmaq üçün ərazidə istintaq qrupu yaradılıb.

Chosen
32
5
teleqraf.com

8Sources