AZ

Müəssisədə baş verən partlayış nəticəsində səkkiz nəfər öldü

Çinin şimalında yerləşən müəssisədə baş verən partlayış nəticəsində səkkiz nəfər həlak olub.
KONKRET.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Məlumata görə, yerli hakimiyyət orqanları Çinin şimalındakı Şansi əyalətində biotexnologiya zavodunda baş verən partlayış nəticəsində səkkiz nəfərin öldüyünü təsdiqləyib.

Bildirilir ki, partlayış “Jiapeng” şirkətinə məxsus istehsalat sahəsində baş verib. Şirkətin nümayəndəsi saxlanılıb. Hadisənin araşdırılması üçün istintaq qrupu yaradılıb.

Seçilən
4
3
konkret.az

8Mənbələr