EN

Audi rekord sayda elektrikli avtomobil satıb

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Almaniyanın avtomobil istehsalçısı "Audi"nin ötən il elektrikli avtomobil satışı 36% artaraq rekord həddə - 223 min ədədə çatıb. Avtosfer.az.az xəbər verir ki, bu barədə qurumun hesabatında deyilir.

Eyni zamanda, Şimali Amerika və Çində tələbatın azalması səbəbindən şirkət ötən il avtomobil tədarükünü 2,9% azaldıb. İllik tədarüklər 1,67 milyondan 1,62 milyon ədədə enib.

Şirkət qeyd edib ki, geosiyasi və iqtisadi çətinliklər "Audi" şirkətinin 2025-ci il üzrə göstəricilərinə təzyiq göstərməyə davam edib. Qeyd edilib ki, Çində artan rəqabət və ABŞ-nin idxal tarifləri bütün avtomobil sektoruna mənfi təsir göstərib .

Bu dövrdə "Audi" şirkətinin Çində satışları 5% azalaraq 617.514 avtomobilə, Şimali Amerikada isə 12,2% azalaraq 202.143 ədədə düşüb. Avropada Audi 464.046 avtomobil satıb ki, bu da əvvəlki illə müqayisədə 0,5% azdır. Almaniyada isə satışlar 4% artıb.

Ötən il "Audi" avtomobilləri üçün ümumi sifarişlər 13%, elektrikli avtomobillər üçün sifarişlər isə 58% artıb.

Oxunub 54

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
33
avtosfer.az

1Sources